Traktor "Niva" ilə toqquşdu: yaralı var


Mingəçevirdə traktor minik maşını ilə toqquşub.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində baş verib.
Şəhər təsərrüfatına məxsus qoşqulu yük traktoru “Niva” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində “Niva”nın sərnişini -1981-ci il təvəllüdlü Ələsgərov Süleyman Cəlil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.