Şabranda hektarlarla əkin sahəsi yandı


Şabran rayonu Mollakamallı kəndində biçilmiş əkin sahəsində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, yanğın yerinə Şabran rayon DYMH-nin iki texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın tam söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Nəticədə 3 hektar biçilmiş əkin sahəsi yanıb.