Hacıqabulda bir ailə avtomobil qəzasına düşub. Nəticədə ana həlak olub, əri və iki övladı isə xəsarət alıblar.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkət edərkən qəfil idarəetməni itirib və maşın qaz xəttinə çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı, 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı hadisə yerində ölüb. Sürücü və iki övladı - 1999-cu il təvəllüdlü Xəyal və 2007-ci il təvəllüdlü Elvira isə xəsarət alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.