FHN Kürdəmirdə baş vermiş yanğın barədə məlumat yayıb

 
Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki,hadisə zamanıümumi sahəsi 12350 m² olan Bazar MMC-nin ərazisində 800 m² sahədə 12 mağaza yanıb.

11550 m² ərazi və 170 mağaza yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

***

Saat 08:17

Kürdəmirdə bazarda güclü yanğın baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun H.Əliyevprospektində yerləşən bazarda qeydə alınıb.

Ümumi sahəsi 12 350 kvadratmetr olan bazarda baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Ağsu rayonlarının Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın zamanı 800 kv sahədə olan icarəyə verilmiş 12 mağaza içərisindəki əşyalarla birlikdə yanıb. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbi hələlik məlum deyil. Fakt araşdırılır.