Latviyada uşaqlar arasında yayılan virusa yoluxanların sayı artmaqdadır



Bir neçə gündür Latviyanın bir neçə şəhərinin uşaq bağçalarında başlayan viruslu xəstəliyin qurbanlarının sayı artmaqdadır.

AZƏRTAC xəbər verir ki, Riqa yaxınlığındakı Siqulda şəhərin xəstəxanalarına “E.Coli” adlı virusa yoluxan xəstələrin müraciətləri davam edir. Son 12 saatda daha 4 uşağın xəstəxanaya daxil olması ilə ümumi yoluxanların sayı 14-ə çatıb ki, onlardan 2-nin vəziyyəti ağırdır.

Bağırsaq çöpləri ilə yoluxan virus nəticəsində uşaq orqanizmi sürətlə maye itirir, ishal və qusma müşahidə olunur. Vaxtında yardım edilməzsə, bu xəstəliyin ağır fəsadları ölümlə belə nəticələnə bilər. Xəstəliyi yaradan səbəblər isə heyvan mənşəli qidalar, yaxşı yuyulmamış meyvə və tərəvəzdir.

Hazırda Latviya Səhiyyə Nazirliyi vəziyyəti ciddi nəzarət altına alıb.