Qaxda göldən kişi meyiti tapılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu gün axşam saatlarında rayonun Lələli kəndi ərazisində olan göldən kişi meyiti çıxarılıb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Meyiti tapılan şəxs Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Asiman Ağəli oğlu Məmmədovdur.
Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.
Fakt araşdırılır.