Daşkəsəndə qonşular arasında dava olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.
1968-ci il təvəllüdlü Bayramova Lətifə Firudin qızı dörd nəfər qonşusu tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Fakt araşdırılır.