Yük maşını “VAZ”la toqquşdu 

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində qeydə alınıb. 

Rayon sakini İntiqam Mirzəyevin idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə Cuma Məmmədovun idarə etdiyi “Ford Transit” markalı yük maşını toqquşub. 

Nəticədə, İ.Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fakt araşdırılır.