Ağdamda baş verən qəzada 2 nəfər xəsarət alıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Sarıcalı kəndində baş verib.
Belə ki, hərəkətdə olan "Pikup” markalı avtomobil qarşıdan gələn "Ford" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır, xəsarət alanların kimliyi araşdırılır.