Bakıda vətəndaş iftar zamanı ölüb.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki , hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bakinskiy dvornik" restoranında baş verib.
İftar süfrəsi arxasında olan Cəfərov Şəhriyar Əli oğlunun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
"Bakinskiy dvornik"ın nümayəndəsi Teleqraf-a açıqlamasında restoranda iftar zamanı ölüm halının baş verməsi faktını təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.