Ukrayna bunu tələb edir, amma imkan verməyəcəyik - Siyarto

Ukrayna AB-dən 17-ci antirusiya sanksiyalar paketinə nüvə enerjisini daxil etməyi tələb edir, ancaq Macarıstan buna imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu AB ölkələrindən olan həmkarları ilə görüşdə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Ukrayna xarici işlər naziri bu sanksiyalar paketinin nüvə enerjisinə də daxil edilməsini tələb edib, burada yeni bir şey yoxdur”, - Siyarto qeyd edib.