“Opel” aşdı, sürücü öldü

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə noyabrın 10-da rayonun Turan qəsəbəsi ərazisində qeydə alınıb.

Sarıca kənd sakini Ziyad Rüstəmovun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. 

Nəticədə, sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.