“Üzünün dərisini soyub tualetə atdım, sifonu çəkdim!” -  Qan donduran hadisə



 İstanbulun Bahçelievlər səmitində günlük kirayəsi ödənilən bir evdə  qadın cəsədi tapılıb. Hadisəni araşdıran Asayiş Şöbə Müdirliyi cəsədin 24 yaşlı Əfqanıstan vətəndaşı Najıha Arabzaiyə aid olduğunu təsbit edib.
 Dedektiflər ətrafdakı təhlükəsizlik kameralarını incələyərkən  taksiylə evə  gələn kişinin böyük bir çamadan daşıdığı görünür. 28 yaşlı Əfqanıstan vətəndaşı Zıvar Gol Rahan, polis qrupları tərəfindən tutulub. Rahan haqqında icra edilən istintaq tamamlanaraq, iddianamə hazırlanıb.

Bakırköy Respublika Baş prokurorluğu tərəfindən hazırlanan iddianamədə, Mustafa K. adlı bir nəfər polisi axtararaq “təmizləməyə gəldiyi evdə  cəsəd var” deyə xəbər verir. Hadisə yerinə gələn polis qrupları, cəsədin başına zibil paketi keçirildiyini, cəsədin üzünün tamamilə çürüdüyünü təyin edib.
Kamera qeydləri araşdırıldığı zaman əcnəbi adamın, biri böyük olmaqla 3 çamadanla evə gəldiyi aydın olur. 4 aprel 2019-cu il tarixində tutulan şübhəli Zıvar Gol Rahan, Əfqanıstan vətəndaşı olduğunu və cəsədin həyat yoldaşı Najıha Arabzaıya aid olduğunu söyləyib.
Şübhəli Gol Rahan, Cinayət Büro Komandirliyində verdiyi ifadəsində Najıhanın uzaqdan qohumu olduğunu ifadə edərək sözlərinə belə davam edib:  "Onunla 2018-ci ildə tanış olduq. Evlənmək istədik, ancaq ailələrimiz buna qarşı çıxdı. Buna görə 20-25 gün əvvəl evlənmək üçün İstanbula gələrək, imam nikahı bağladıq. Hıbbetullah H. adlı adamla birgə qalmağa başladıq. Həyat yoldaşımın telefonuna bir kişidən mesaj gəldiyini gördüm.
Otağa girəndə mesajları soruşdum, o da bir daha etməyəcəyini söylədi. Bu mübahisədən sonra Najıhanın eyni adamla mesajlaşdığını və  təkrar fotolar göndərdiyini gördüm. Najıhanın ictimai media hesabından Əhməd adlı bu adama mesaj ataraq, özümü tanıtdım və bir daha həyat yoldaşımı narahat etməməsini söylədim. Bu adam məni axtararaq çoxdan həyat yoldaşımla olduğunu söylədi”.

İctimai mediadan danışdığı adamın ona həyat yoldaşının ədəbsiz şəkillərini və yoldaşlıq istəyi göndərdiyini bildirən Rahan, Najıhanın Əhməd adlı adamla Fransaya qaçacağını iddia edib: "Paltarlarını toplamağa başladı. Mən isə ona “səni çox sevirəm, məni tərk etmə, sabah səhər yenə danışarıq, indi yataq” dedim. Ancaq paltarlarını yığıb qapıya yönəldi. Mən də özümü itirərək boğazından yapışdım. Otaqdakı çarpayı-divanın üzərinə yıxıldı. Bu zaman var gücümlə boğdum, nəfəsi kəsildi. Öldüyünü anladım, peşman oldum. Səhər evdən çıxıb telefonumu satıb, çamadan aldım. Təkrar qaldığımız evə gəldim. Ölən arvadımı çamadanın içinə qoydum və taksi ilə Şirinevlerə gedərək günlük ev tutdum".

Cəsədi çamadandan çıxararaq hamama apardığı söyləyən  Rahanın, səyyar satıcıdan bıçaq aldığını qeyd edərək, "Polis barmaq izindən tapmasın deyə  əvvəl 10 barmağını kəsdim. Qulaqlarında diqqətə çarpan sırğa izləri vardı. Bu səbəblə qulaqlarını da kəsdim. Üzü tanınmasın deyə  üz dərisini də soydum. Dərini də tualet ataraq, sifonu çəkdim. Əllərini başına bağladım, yataq otağında yerləşdirib, üstünə digər yatacaqları yerləşdirdim. Sonra Yunanıstana qaçmağı düşündüm. Amma indi peşmanam" deyə qeyd edib. 

İddianamədə şübhəli Gol Rahanın "Qəsdən adam öldürmə" suçundan ömürlük həbs olunması tələb olunub.

Turan