Qubada 12 metr dərinlikdə quyuya inək düşüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacıağalar kəndində baş verib.
Belə ki, kənd sakini Osmanova Zeynəb Süleyman qızının həyətində qazdırdığı 12 metirlik dərliyində su quyusuna öz inəyi düşüb.
FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Təhlükəsizlik qaydalarına riayət edilməklə boş su quyusundan iribuynuzlu heyvanı sağ çıxararaq sahibinə təhvil veriblər.