Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb.
“Azəriqaz” İB-dən verilən məlumata görə, nəticədə avadanlıq sıradan çıxıb.
Saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırlıb.