3-cü mikrorayon bazarındakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb. 

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Əlavə məlumat veriləcək. 

17:58

Nəsimi rayonunda yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.  

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub.  

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.