Bu gün Moskva vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatı Saratov vilayətinin xilasetmə xidməti yayıb.
Qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində baş verib.
Belə ki, “Chery” minik maşınını idarə edən 26 yaşlı sürücü “Scania” markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində “Chery” markalı avtomobili idarə edən gənc hadisə yerində vəfat edib. Məlum olub ki, qəzada həlak olan şəxs Azərbaycan vətəndaşıdır.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır, qəzanın səbəbləri araşdırılır.
İlkin məlumatlara görə qəzanın səbəbkarı “Scania” yük maşınının sürücüsüdür, o, qarlı havada idarəetməni itirərək, minik avtomobilinə çırpılıb.