Türkiyədən olan ailə Ağdaşda qəzaya düşdü: 6 yaralı var

Azərbaycanda əcnəbi ailə yol qəzasına düşüb. Trend-in məlumatına görə, hadisə Ağdaş-Ləki-Kotavan yolunda baş verib.

Türkiyə vətəndaşı 1963-cü il təvəllüdlü Birgül Ərdal Xəlilibrahim oğlunun idarə etdiyi "Mitsubişi" markalı H 028309 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Birgül Rəna Qorxmaz qızı, 2009-cu il təvəllüdlü Birgül Xəlil Ərdal oğlu, 2014-cü il təvəllüdlü Birgül Ömər Ərdal oğlu, 2019-cu il təvəllüdlü Birgül Məryəm Ərdal qızı və 1998-ci il təvəllüdlü Tahirov Röyal Qorxmaz oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.