Dekabrın 13-də Bakı şəhər sakini 5 yaşlı Ləmanın Xətai rayonunun Məhəmməd Hadi küçəsində naməlum avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisənin “Mitsubişi” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.