Hesabında 37 milyon görüb şok oldu - FOTOLAR

Ayaqqabı mağazasında işləyən qadın rəqəmi görüncə gözlərinə inana bilməyib

Ayaqqabı mağazasında işləyən gənc qadın, bank hesabında 37 milyon dollar olduğunu fərq edib, şoka düşdü.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan  qadın işdən çıxarkən  bank hesabını yoxlayıb, rəqəmi görüncə gözlərinə inana bilməyib. Gözəl bir iş günü keçirən Ruth Balloon, axşam saatlarında bank hesabında 37 milyon dollar görür.





"Birinin bizə Milad hədiyyəsi olaraq hədiyyə etdiyini düşündüm " deyən qadın, həmin an nəfəs almaqda belə çətinlik çəkdiyini söyləyib.
Gənc qadın dərhal ərini axtarır, cütlük daha sonra bankla əlaqə yaradır. "Legacy Texas Bank"dan hesabdakı pulun doğru olduğunu, ancaq səhvən qadının hesabına köçürüldüyünü bildiriblər. Müştərilərindən üzr istəyən "LegacyTexas Bank" daha sonra 37 milyon dolları hesabdan geri çəkib. Ruth Balloon,  pul  gerçək onun olsaydı, nə edəcəyini belə sıralayır: Yüzdə 10-nu vergiyə ödəyəcəkdim, bir qisiminə hədiyyə alardım və qalanları da əmlak sərmayəsinə yatızdırardım" deyib. Bankın rəsmi şərhində isə səhvin əl ilə əməliyyat edilməsindən qaynaqlandığı ifadə edilib. Hadisənin ortaya çıxmasıyla bir çox Amerika televiziyası, təvazökar bir həyat sürən Ruth Balloonla reportajlar edib.

Turan