Bakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu

Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib. 

İlk olaraq manevr qaydalarını pozan “VAZ 21015” markalı avtomobil “VAZ 2107” markalı maşını arxadan vurub. Ardınca qəza işıqlarını yandıran “07”nin sürücüsü avtomobili dayandırıb. 

Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basıb. Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verib. Nəticədə yeddi avtomobilə ziyan dəyib.