Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şıxondi kəndində qeydə alınıb.
Noda kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mail Hətəmxan oğlunun idarə etdiyi “KİA” markalı avtomobilin qarşısına mal-qara çıxıb. Nəticədə, idarəetməni itirən sürücü maşını körpüdən çaya aşırıb.
Qəza zamanı sürücü M.Qurbanov və sərnişin, 1981-ci il təvəllüdlü Ağayev Nazim Möhəbbət oğlu hadisə yerində ölüb. Digər sərnişin, 1982-ci il təvəllüdlü Ağayev Vüsal Cəlal oğlu xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hər üç şəxs Noda kənd sakinləri olub.
Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.