Bakı-Sumqayıt yolunda qəza baş verib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət saat 13:47-də daxil olub.
Hadisə yerinə Təcili Yardım briqadaları yollanıb. Qəza nəticəsində xəsarət alan üç qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.