İçdiyi bir qurtum çay üzündən az qala öləcəkdi


Türkiyənin Antaliya şəhərində qeyri-adi hadisə yaşanıb. İçdiyi çayın nəfəs borusuna düşməsi nəticəsində ölümdən dönən Türkiyə Qəssablar Federasiyası başçısının vəkili Osman Yardımçı deyir ki, həyatını mühasibi Adem Uysal qurtarıb. Osman Yardımçı, "İlk müdaxiləni o etdi. Onun sayəsində həyatdayam" deyə Allahına şükkür edir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, işçilərin maaşlarını verən Osman Yardımçı mühasibi ilə birlikdə çay içirdi. Bir az sonra mühasibi işini bitirir. Osman Yardımçı "Sən get, mənim də işim bitsin, gedəcəyəm" deyə mühasibinə işarə edir. Lakin Adem Uysalın bir az da qalmaq istədiyini söyləyir. Bu zaman gülərkən, qurtum aldığı çay Osmanın nəfəs borusuna sızır . Ona yardım edən Adem eyni zamanda 112 Təcili Xidmətə xəbər verir. Şüuru itən və nəfəs almaqda çətinlik çəkən Osman Yardımçını tibb əməkdaşları xəstəxanaya aparırlar. O, burada oksigen aparatına qoşulaur . Həkimlərin müdaxiləsindən sonra özünə gələn Osman təxminən 5-6 saat nəzarət altında saxlandıqdan sonra xəstəxanadan buraxılır.

Osman Yardımçı son olaraq  "Mühasibin getməsini istəyirdim,  ancaq qalmaqda israr etdi,  həyatım xilas oldu. Təxminən 6 saat xəstəxanada qaldım.  Yenə çay içməyə davam edirəm" deyərək, əlindəki çayı başına çəkir.

Turan