Bu gün Yol Patrul Xidməti əməkdaşlarının qəzaya düşməsi haqqında Baş Dövlət Yol Polisi araşdırma aparır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə səhər saat 11-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının 99 YP 870 dövlət nömrə nişanlı avtomobili hava şəraiti ilə əlaqədar idarəetməni itirib. Patrul maşını Hacıqabul istiqamətində yol kənarındakı maneələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Araşdırma aparılır.