Bakıda dəhşətli qəza: “Oka” çevrildi

Bakıda baş verən qəza kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə Babək prospektində baş verib. 

Günün qaranlıq vaxtında “Oka” markalı avtomobil yolayırıcına daxil olub. Bu zaman digər istiqamətdən gələn avtomobil ilə toqquşmamaq üçün maşını qaçırdıb. Nəticədə avtomobil aşıb.