"Gənclər Şəhərciyi"ndə binada yanğın : SÖNDÜRÜLDÜ (YENİLƏNİB)

Abşeron Gənclər Şəhərciyində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəhərcikdə olan mənzilin 2 m² sahəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:05

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan yaşayış binalarından birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin üç yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.