Bakıda 35-40 arası yaşı olan sərxoş sərnişin avtobus sürücüsünə çətin anlar yaşadıb.
Hadisənin şahidi olan əməkdaşımızın “Sherg.az”a verdiyi xəbərə görə, olay ötən həftənin cümə günü gecə saat 23:36 radələrində baş verib. “Kaktus” adlanan restoranla üzbəüz dayanacaqda 96 saylı sərnişin avtobsuna minən sərxoş sərnişin sürücüyə metronun “İnşaatçılar”stansiyasında düşəcəyini bildirib. Daha sonra ön oturacaqların birndə oturub və yuxuya gedib. Metronun “İnşaatçılar” stansiyasına çatmamış sürücü sərxoş sərnişinə “Hazırlaşın növbəti stansiyada düşəcəksiniz” xəbərdarlığını edib. Lakin sərnişin buna məhəm qoymayıb. “İnşaatçılar” stansiyasında isə sürücü avtobusu dayanacaqda saxlayaraq onun düşməli olduğunu bildirib. Bunu dəfələrlə təkrar edib. Lakin sərnişindən cavab gəlmədiyini görən sürücü sükanm arxasından qalxaraq sərnişinin yanına gəlib və onu yuxudan oyatmağa çalışıb. Sürücünün uzunmüddətli cəhdindən sonra sərnişin yuxudan oyanıb və yenidən bir də yatıb. Məcbur qalan sürücü yoluna davam edib, yolboyu digər sərnişinlərin köməkliyi ilə sərxoş sərnişin yuxudan oyanıb və 2 saylı Tibb Texnikomunun qarşısındakı dayanacaqda sürücü və digər sərişinlərin köməkliyi ilə avtobusdan düşürülüb.
Hadisə ilə bağlı videonu təqdim edirik: