13 yanvar, 2020-ci ildə səhər saat 5.30-da Çinin Qinqay əyalətinin paytaxtı Xinin şəhərində dəhşətli qəza baş verib.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, içərisi sərnişinlərlə dolu nəhəng bir avtobus qəfil yaranan çuxura düşərək partlayıb və nəticədə 6 nəfər ölüb, 16 nəfər ağır xəsarətlər alıb.
Bu barədə Çinin ictimai telkevizyası CCTV-e məlumat yayıb. Hadisəyə yolun çökməsi və 80 kvadratmetr boşluğun yaranması səbəb olub. Buna dair videogörüntülər də yayılıb. Görüntülərdə bir avtobus dayanacağında insanların nəqliyyat vasitəsinin yerə çırpıldığı zaman çökən yoldan qaçdığı əks olunub.
Hadisə zamanı bir neçə nəfər yoxa çıxıb. Rəsmi “Sinhua” xəbər agentliyi yazır ki, 1000-dən çox şəxsi heyət və 30 nəqliyyat vasitəsinin iştirak etdiyi axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Fəlakətin səbəbləri ilə əlaqədar istintaq başladılıb.
Təəssüf ki, Çində bu tip dramların yaşanması ilk deyil. 2018-ci ildə Çinin cənub-qərbindəki Dazu şəhərində çox sıx bir səkidə yol çöküb və avtobus çuxura düşüb, nəticədə dörd nəfər ölüb.2016-cı ildə yoldan keçən bir neçə adam Henan əyalətinin paytaxtı Zenqzu şəhərində bir küçədə qəfildən yaranan çuxura düşüb.
Araşdırma nəticəsində məlum olub ki, bu çökmə yağış sularının çıxarılması üçün yolun altına basdırılmış borulardakı sızmalar səbəb olub. 2013-cü ildə ölkənin cənubundakı Şenzen şəhərində bir sənaye zonasında da yol çöküb, 5 nəfər ölüb.