Oğuzda meşə yanğını söndürülüb


Bu gün Oğuz rayonunun Calut kəndi ərazisində 300 m2 sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meşə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.