Koronavirusdan ölənlərin sayına görə İtaliya "lider"dir

İtaliya koronavirusdan ölüm hallarına faiz nisbətinə görə dünyada birinci yerdədir, hər 20 yoluxmuş insandan biri dünyasını dəyişir.

APA xəbər verir ki, bu göstərici RİA Novosti-nin hazırladığı statistik xülasədə əks olunub.

Məlumata görə, bazar günü İtaliyada ölənlərin sayı kəskin şəkildə artaraq 366 nəfər olub. Bu da virusa yoluxmuş 7.3 min nəfərin 4.96%-ni təşkil edir.

Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.

ABŞ-da isə bu günə qədər yalnız 472 yoluxma təsdiqlənib. Onlardan 19 nəfər ölüb (4.03%).

Koronavirusu zəif yayıldığı ölkələr arasında ən aşağı ölüm nisbəti Cənubi Koreyada müşahidə olunub. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.