Qazaxıstanda azərbaycanlılarla ermənilər arasında dava: 1 ölü, 6 yaralı

Qazaxıstanda azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

Lent.az ölkənin yerli mediasına istinadla xəbər verir ki, hadisə paytaxt Nursultan şəhərində baş verib.

19 yaşlı Tural Teymurovu müdafiə etməyə gələn qohumu, 25 yaşlı Etibar Teymurov qətlə yetirilib. Bundan sonra dava daha da qızışıb. Hadisəyə polislər müdaxilə edib.

Qeyd edək ki, baş verən kütləvi dava zamanı daha 6 nəfərin xəsarət aldığı bildirilir.