Bıçaqlanan şəxs xəstəxanaya aparılarkən yolda keçindi



Saatlıda qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "sherg.az"a verilən xəbərə görə, martın 7-də rayonun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.

Araşdırma aparılır.