İtaliyada son sutka ərzində COVİD-19 koronavirusundan 168 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.
Onun sözlərinə görə, ölkədə yoluxma hallarının sayı isə 10149-a çatıb, onlardan 631 nəfəri ölüb.
A.Borrelli bildirib ki, son sutka ərzində koronavirusdan 280 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 1004 nəfər təşkil edir.