Azərbaycanda DƏHŞƏTLİ QƏTL: ana və oğlu güllələndi

Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zeyvə kəndində baş verib.
Kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.