Kürdəmirdə yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kürdəmir rayonunun Qaraqocalı kəndində “BMW” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “BMW” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


***

11 aprel, saat 20:38

Kürdəmirdə 1 nəfərin ölümü, 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Kürdəmir rayon sakini Rahim Zöhrab oğlu İsmayılov İdarə etdiyi "BMW" markalı maşınla Rafət Şəfayət oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 32 yaşlı R.Kərimov hadisə yerində ölüb. "BMW" markalı avtomobildə sıxılıb qalmış sürücünü FHN-in əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişinlər - 50 yaşlı Mübariz Paşa oğlu Kərimov və 29 yaşlı Hakim İlqar oğlu Rəsulov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.