Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunun Moranlı kənd sakini,Camallı Camal valideynləri ilə mübahisə etdikdən sonra Şirvan şəhər və Sabirabad rayonunu birləşdirən Kür çayının üzərindəki körpüyə çıxaraq özünü çaya atmaq istəyib.
Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin bölmə rəisi, İsmayıl Hacıyev 23 yaşlı gənclə psixoloji söhbət etdikdən sonra onu fikrindən daşındırıb. Polis şöbəsinə dəvət olunan Camalla profilaktik söhbət aparılıb.