Keçmiş Formula-1 pilotu Stirlinq Moss 90 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, ingilis mətbuatı Mossun uzun müddət sinə infeksiyasından əziyyət çəkdiyini yazıb.
“Ser” adına layiq görülən ingilis pilot karyerası ərzində çıxdığı 529 yarışın 212-də qalib gəlməsinə baxmayaraq dünya çempionu ola bilməyib.