Qazaxıstanın Alma-Ata şəhər Mərkəzi xəstəxanasının baş həkimi Almaz Djuvaşev vəzifəsindən azad edilib. Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, buna səbəb onun rəhbərlik etdiyi xəstəxananın 147 işçisinin koronavirusa yoluxmasıdır.
Fakt təsdiqini tapandan sonra baş həkim işdən azad olunub. Xatırldaq ki, indiyədək Qazaxıstanda 1267 yoluxma halı qeydə alınıb, 14 nəfər vəfat edib.