Evdə partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı

Masallıda evdə partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.