Bakıda gənci avtomobil vurub


Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə aılınıb. 

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

1996-ci il təvəllüdlü  Novruzov Kamil Məhəmməd oğlu yolu keçərkən onu minik avtomobili vurub. 

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.