Son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasitənin İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən daxil olan məlumata əsasən, amyın 10-da Astaranın Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub. Əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çantada 3 ədəd bağlamada ümumi çəkisi 11,9kiloqram olmaqla 4900 qram “Marixuana”ya, 3450 qram “Heroin”ə, 1550 qram “Tiryək”ə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.
Mayın 10-da DİN əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində Astaranın Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kiloqram“heroinə” oxşar vasitə aşkar olunub.
11 may tarixində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunaraq ona “Dayan” əmri verilmiş, qaçaqmalçı dövlət sərhədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçmışdır. Həmin əşyalara baxış keçirilmiş, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”ə, 16305 qram “heroin”ə, 2415 qram “marixuana”ya oxşar vasitə aşkar olunub.
Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.