Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O bildirib ki, ölənlərdən ikisi uşaqdır:
“Axtarış-xilasetmə işləri davam etdirilir. Ermənistan terror və müharibə cinayətlərini davam edir”.
H.Hacıyev digər tvitində isə Ermənistanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib.
“Azərbaycan mülki əhalisinə olan qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə növbəti raket zərbələri, Ermənistanın dövlət səviyyəsində terror və soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”, - H.Hacıyevin paylaşımında bildirilir.