Türkiyə xəstəxanasında yanğın: Ölənlərin sayı 11-ə çatıb


Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

AZƏRTAC xəbər verir ki, hadisədən sonra xəsarət alan daha üç nəfər müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca hadisə baş verən xəstəxanada olub.