Bakıda 46 yaşlı qadın özünü yandırıb

Bakıda qadın özünü yandıraraq intihar edib.
APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
1974-cü il təvəllüdlü Sevinc İbadova yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerinə təcili-tibbi yardım briqadası gəlsə də, ağır yanıq xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.