Bakıda 9 mərtəbəli yaşayış binasında yanğın olub

Bakının Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan plastmas və taxtadan ibarət taralar 20 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.