Lənkəranda su quyusundan kişi meyiti tapılıb

Lənkəranda su quyusundan kişi meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Günəhir kəndində, mərhumun yaşadığı evin həyətində baş verib.

1992-ci il təvəllüdlü Faiq Mirağa oğlu Fətullayevin meyiti su quyusundan tapılıb. 

Faktla bağlı araşdırma aparılır.