Vəhşəti bir kəlmə ilə anlatdı: "Anası ilə birgə basdırdıq"

Türkiyənin Kayseri şəhərində dahşətli hadisə yaşanıb. 3 yaşlı Alperen Ekincinin  döyülərək öldürülməsiylə əlaqədar, haqqlarında ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə iddia açılan ana Emel Önerlə sevgilisi Harun Sezərin prokurorluq ifadələri ortaya çıxıb. Şübhəli Sezər, "Alpereni bir çuxura Emel ilə birlikdə basdırdıq" deyib. Sherg.az türk mediasına istinadən hadisənin detallarını təqdim edir:



Pınarbaşı qəsəbəsinin  Güney küçəsində keçən il 15 iyunda baş verən hadisədə Harun Sezər, il yarımdır birlikdə yaşadığı Emel Önerin ilk evliliyindən olan oğulu Alperen Ekincini yumruq və təpik zərbələriylə öldürüb. Müxtəlif cinayətlərdən məhkumluğu olan Harun Sezər, Alperenin cəsədini evdən 100 metr məsafə aralıdakı qəbiristanlığa basdırıb. Emel Öner cinayətdən 1 həftə sonra - 21 iyunda vəziyyəti Harun Sezərin qohumlarına bildirib. Harun Sezər, bu sırada qaçıb. Sezərin qohumlarının xəbərindən sonra Emel Öner nəzarətə alınıb, çıxarıldığı məhkəmə tərəfindən həbs olunub. Alperenin cəsədi isə basdırıldığı yerdən çıxarılıb, yarıldıqdan sonra torpağa tapşırılıb. Harun Sezər də 29 iyunda polisin səyləri nəticəsində  tutulub, məhkəmə tərəfindən həbs olunub. Şübhəlilər haqqında Kayseri 1-ci Kriminal Məhkəməsində, "özünü müdafiə edə bilməyəcək vəziyyətdə olan adamı qəsdən öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə iddia açılıb.



Ana Emel Önerlə sevgilisi Harun Sezərin, prokurorluq mərhələsində verdikləri ifadələr də ortaya çıxıb. Ana Harun Sezərlə imam nikahlı olduğunu ifadə edərək bunlarə söyləyib:

"2018-ci ildə Harunla tanış olduq. Harun çox aqresiv və əsəbi idi. Harun durduğu yerdə Alperenə qışqırmağa başladı. Alperen, ağladı. Harun bu vəziyyətə daha da əsəbiləşərək, yumruq atdı və Alperen yerə yəxəldı. Alperenə, niyə vurduğunu soruşanda mənim də  üstümə gəldi və döydü. Sonra, Alpereni havaya qaldırıb yerə vurdu. Məni də hamama bağladı. "Ordan çıxsan səni öldürərəm" dedi. 10 dəqiqə sonra saçımdan tutaraq, salona gətirdi. Alperen, ayaqda, titrəyir, ağızında qan gəlirdi. Vurduğu zərbələrdən huşumu itirdim. Sabahısı gün oyananda Alperenin üzü tanınmayacaq halda idi və başı şişmişdi. Bədənində zərbə izləri vardı. Reaksiya vermirdi. Qorxudan kimsəyə izah edə bilmədim. Paltarlarını çıxarıb bir bezə bükdüyünü və qəbiristanlığa basdırdığını söylədi".

Harun Sezər isə, Alperenə yumruq atmadığını iddia edərək, "Heç bir şəkildə başını yerə və divara vurmadım. Alperen, öldüyündə yanında deyildim. Anasını heç bir şəkildə təhdid etmədim. Onunla birlikdə boş otağa apardıq. Bir parça divan örtüsü ilə pərdə götürdük. Üstünü çıxarıb, kəfənlədik. Alpereni,  betondan olan bir çuxura Emel Önerlə birlikdə basdırdıq. Bundan kənar ittihamları qəbul etmirəm" deyə ifadə verib.

Turan