Goranboyda 3 yaşlı qız dərmandan zəhərlənib

Goranboyda 3 yaşlı qız dərmandan zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Dərman preparatı qəbul edən 2018-ci il təvəllüdlü qəsəbə sakini Hacıyeva Ayan Ayaz qızı zəhərlənib.

Azyaşlı xəstəxanaya yerləşdirilib.