“20 Yanvar”da yük avtomobili 42 yaşlı kişini öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sherg.az “Report”a istinadən xəbər verir ki, hadisə “20 Yanvar” Metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, şəxsi avtomobilinə minmək istəyən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub. Nəticədə 42 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.